Bu ölkə Azərbaycandan xam neft alışını artırıb - Hesabat

10:01 - 26.07.2024


26 iyul, Fineko/abc.az. Xorvatiya Azərbaycandan xam neft alışını artırıb.

ABC.AZ xəbər verir ki, 2024-cü ilin ilk altı ayı ərzində Balkan ölkəsi Azərbaycandan 587.6 min tonluq xam nefti $375.98 mln.-a dəyərində alıb.

Bu da miqdar baxımdan illik müqayisədə 90%, dəyərlə müqayisə edildikdə isə 109% artım olub.

Dövlət Gömrük Komitəsinin 2023-cü ilin eyni dövründə Xorvatiya Azərbaycandan 308.5 min tonluq xam nefti $180.25 mln.-a almışdı.

Qiymətlər keçən illə müqayisədə bu il daha baha olub. Belə ki, keçən il bir tonu $584 (~77 USD/barel) olduğu halda, cari ildə qiymətlər $56 baha, yəni $640 (~84.02 USD/barel) olub.