Neft bahalaşır, Brent bir barrel üçün 85,79 dollar təşkil edib

09:35 - 11.07.2024


11 iyul, Fineko/abc.az. Cümə axşamı keçirilən  hərracda etalon neftin qiymətləri qalxır.

Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:30-a 0,71 dollar (0,83%) bahalaşaraq 85,79 dollar/barelə bərabər olub.  İyulun 10-da keçirilən ticarətin yekunlarına görə, sentyabrın fyuçerslərində Brent markalı neftin qiyməti  0,42 dollar (0,50%) bahalaşaraq 85,08 dollar/barel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 09:30-a 0,65 dollar (0,79%) artaraq 1 barelə görə 82,75 dollar təşkil edib.  İyulun 10-da keçirilən ticarət nəticəsində WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,69 dollar (0,85%) artaraq 1 barelə görə 82,10 dollar olub.