09:35 - 11.07.2024
11 iyul, Fineko/abc.az. Cümə axşamı keçirilən hərracda etalon neftin qiymətləri qalxır.
Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:30-a 0,71 dollar (0,83%) bahalaşaraq 85,79 dollar/barelə bərabər olub. İyulun 10-da keçirilən ticarətin yekunlarına görə, sentyabrın fyuçerslərində Brent markalı neftin qiyməti 0,42 dollar (0,50%) bahalaşaraq 85,08 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin avqust fyuçerslərinin qiyməti saat 09:30-a 0,65 dollar (0,79%) artaraq 1 barelə görə 82,75 dollar təşkil edib. İyulun 10-da keçirilən ticarət nəticəsində WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,69 dollar (0,85%) artaraq 1 barelə görə 82,10 dollar olub.
18 Avqust 2026
17 Avqust 2026