Neft ucuzlaşmaqda davam edir, Brent bir barel üçün 84,40 dollar təşkil edib

09:25 - 10.07.2024


10 iyul, Fineko/abc.az. Çərşənbə günü ticarətdə etalon neftin qiymətləri enməkdə davam edir.

Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:20-də 0,26 dollar (0,31%) ucuzlaşaraq 84,40 dollar/barelə bərabər olub. İyulun 9-da ticarət nəticəsində sentyabrda Brent markalı neftin fyuçerslərinin qiyməti 1,09 dollar (1,27%) ucuzlaşaraq 84,66 dollar/barelə bərabər olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,19 dollar (0,23%) azalaraq 1 barelə görə 81,22 dollar təşkil edib. İyulun 9-da keçirilən ticarət nəticəsində WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,92 dollar (1,12%) azalaraq bir barelə görə 81,41 dollar olub.