Neft ucuzlaşmaqda davam edir, Brent bir barel üçün 85,53 dollar təşkil edib

09:25 - 9.07.2024


9 iyul, Fineko/abc.az. Çərşənbə axşamı ticarətdə etalon neftin qiymətləri enməkdə davam edir.

Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti saat 09:21-ə 0,22 dollar (0,26%) ucuzlaşaraq 85,53 dollar/barelə bərabər olub. İyulun 8-də keçirilən ticarətin yekunlarına görə, sentyabrda Brent markalı neftin fyuçersləri 0,79 dollar (0,91%) ucuzlaşaraq 85,75 dollar/barelə bərabər olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin avqust fyuçersinin qiyməti saat 09:21-ə 0,22 dollar (0,27%) azalaraq 1 barelə görə 82,11 dollar təşkil edib. İyulun 8-də keçirilən ticarət nəticəsində WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,83 dollar (1,00%) azalaraq bir barelə görə 82,33 dollar olub.