14:25 - 4.07.2024
4 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) cari ilin altı ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 10,23 faiz azalıb.
ABC.AZ Azərbaycan Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından 2024-cü ilin əvvəlindən iyulun 1-i tarixinə 3 005,3 milyon dollar gəlir əldə olunub.
Ötən ilin müvafiq dövründə AÇG yatağından 3 milyard 348 milyon dollar gəlir əldə edilmişdi.