15:30 - 28.06.2024
28 iyun, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyi İranın neft və neft məhsullarının daşınmasına görə Birləşmiş Ərəb Əmirliklərinin üç şirkətinə və müxtəlif ölkələrin, o cümlədən Kuk adalarının bayrağı altında üzən 11 neft gəmisinə məhdudiyyətlər tətbiq edib.
ABC.AZ xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Tehrana qarşı yeni sanksiyalar İranın nüvə eskalasiyasına cavabdır.
Xatırladaq ki, nüva sazişi Obama dövründə qəbul edilmişdi. Bu, ölkəyə neft-qaz sektoruna Qərb investisiyalarını cəlb etməyə imkan vermişdi. Bununla birlikdə, Avropa şirkətləri qısa müddət İranda işləməli oldular, 2018-ci ildə Donald Tramp ABŞ-da hakimiyyətdə olduqda, Vaşinqton İranla razılaşmadan çıxdı, AB ölkədəki bütün fəaliyyətlərini dayandırmalı oldu.
20 Avqust 2026
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026