Bolqarıstan Azərbaycan-Gürcüstan-Avropa "yaşıl" enerji dəhlizinin yaradılması layihəsində iştirakını təsdiqləyib

17:21 - 27.06.2024


27 iyun, Fineko/abc.az. Bolqarıstan Nazirlər Şurası Qara dənizdən keçəcək Azərbaycan-Gürcüstan-Avropa "yaşıl" enerji dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsi üzrə birgə müəssisədə (BM) ölkənin iştirakını təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov "X" sosial şəbəkəsində yazıb.

"20% pay iştirakı ilə Bolqarıstan bu layihədə elektrik enerjisinin ötürülməsi sistemi, qonşu ölkələrlə qarşılıqlı əlaqəsi, inkişaf etmiş enerji bazarı, bərpa olunan mənbələrə (REE) investisiya imkanları və "yaşıl" enerjiyə artan tələbat sayəsində mühüm rol oynaya bilər", - deyə səfir qeyd edib.