10:18 - 12.06.2024
12 iyun, Fineko/abc.az. OPEC 2024 - cü il üçün dünya neft tələbatının gündə 2,25 milyon barel - 104,46 milyona qədər və 2025-ci ildə 1,85 milyon barel - 106,31 milyona qədər artım qiymətini əvvəlki kimi saxlayıb.
ABC.AZ xəbər verir ki, bu, təşkilatın aylıq hesabatında bildirilir.
Eyni zamanda, 2024-cü ilin 1-cü rübündə Avropa, Asiya və Latın Amerikası OECD ölkələri üçün tələbin aşağı olması səbəbindən tələb gündə 50 min barel aşağı, 2 - ci rübdə isə OECD-yə daxil olmayan ölkələrdə tələbin qiymətləndirilməsinin artması səbəbindən gündə 50 min barel yuxarı korrektə edilib. 4-cü rübdə tələbin qiymətləndirilməsinə cüzi korrektə edilib - gündə 10 min bareldən az.
OPEC-də gözlənilir ki, ilin 2-ci yarısında OECD ölkələrində neftə tələbat bir il əvvələ nisbətən gündə 0,25 milyon barel çox olacaq, əsasən ABŞ-ın hesabına. Avropa və Asiyanın OECD ölkələrinin tələbi bir qədər artıracağı gözlənilir.