10:16 - 11.06.2024
11 iyun, Fineko/abc.az. İş adamı İlon Mask "Apple" şirkətinə xəbərdarlıq edib.
ABC.AZ xəbər verir ki, Maskın xəbərdarlığında deyilir ki, əgər “Apple” əməliyyat sistemlərinin yeni versiyalarına ChatGPT çat-botunu inteqrasiya edərsə, o, şirkətlərində korporasiyanın cihazlarından istifadə etməyi qadağan edəcək.
Mask sosial mediada yazıb: “Bu, qəbuledilməz təhlükəsizlik pozuntusudur”.
Milyarder şirkətin “öz süni intellektini yaratmaq üçün kifayət qədər ağıllı olmadığını” və istifadəçilərin təhlükəsizliyini “OpenAI”yə həvalə etməsini absurd hesab edir.
O həmçinin heç kimin məlumatlarının istifadəsinə razılıq verməzdən əvvəl şərtləri oxumadığını vurğulayıb.
Müəllif: Elmir Murad
12 Avqust 2026