09:45 - 5.06.2024
5 iyun, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda neftin etalon markalarının qiyməti bir qədər aşağı düşür.
London ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 09: 41-ə qədər $0,05 (0,06%) azalaraq bir barel üçün $77,47-a düşüb. İyunun 4-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin avqust fyuçersləri $0,84 (1,07%) azalaraq bir barel üçün $77,52-a enib.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti 09:41-ə $0,09 (0,12%) azalaraq bir barel üçün $73,16—a düşüb. 4 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin dəyəri $0,97 (1,31%) azalaraq bir barel üçün $73,25-a düşdü.
18 Avqust 2026