15:52 - 3.06.2024
3 iyun Fineko/abc.az BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel 29-cu Bakı Enerji Həftəsi və Forumunda iştirak etmək üçün Bakıda planlaşdırılmış üçgünlük işgüzar səfərdədir.
“BP-Azerbaijan” şirkətindən ABC.AZ-a daxil olan məlumatına əsasən, Q. Birrelin səfər proqramı sabah Enerji Həftəsinin açılışı ilə başlayır. Bu tədbirdə Q. Birreli BPp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz və şirkətin regional rəhbərliyinin digər üzvləri də qoşulacaqlar.
Builki Enerji Həftəsində BP fəxrlə dünya səviyyəli “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının 30-illik uğur hekayəsini təqdim edəcək. AÇG-nin əməliyyatçısı olaraq bp bu nəhəng yatağın Azərbaycanın müstəqilliyini dəstəkləyən, xalqın həyatını dəyişdirən və ölkənin dayanıqlı gələcəyini təmin edən bir milli sərvətə çevrilməsində mühüm rol oynayıb.