09:45 - 23.05.2024
23 may, Fineko/abc.az. Etalon markalarının qiyməti cümə axşamı keçirilən ticarətdə düşməyə davam edir.
London ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:40-a qədər $0,56 (0,68%) azalaraq bir barel üçün $81,34-a düşüb. Mayın 22-də keçirilən hərracların nəticələrinə görə, $0,98 (1,18%), bir barel üçün $81,90-a qədər ucuzlaşıb.
Saat 09:40-a qədər Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI meftinin iyul fyuçerslərinin qiyməti $0,63 (0,81%) azalaraq bir barel üçün $76,94-a düşüb. Mayın 22-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fyuçerslərinin qiyməti $1,09 (1,39%) azalaraq bir barel üçün $77,57-a düşüb.
18 Avqust 2026