11:12 - 26.04.2024
26 aprel, Fineko/abc.az. ABŞ və Moldova Mərkəzi Avropaya qaz tədarükü sahəsində əməkdaşlığın dərinləşdirilməsi yollarını müəyyənləşdiriblər.
ABC.AZ xəbər verir ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətli dərəcədə gücləndiyini qeyd ediblər.
Ölkələr Şərqi Aralıq dənizindəki terminallardan Ukrayna və Moldovaya və nəticədə Ukrayna vasitəsilə Mərkəzi Avropaya qaz tədarükü üçün mövcud qaz infrastrukturundan istifadə etməyə imkan verəcək "şaquli dəhliz"i müzakirə ediblər.
Qeyd edək ki, 2024-cü ilin aprelində Moldova ilk dəfə olaraq ABŞ-dan təbii qaz alıb.