Azərbaycanda bu məhsulun satışı ilə məşğul olanların gəliri 57 faiz artıb

14:35 - 3.04.2024


3 aprel, Fineko/abc.az. 2024-cü ilin yanvar-fevral ayında 30 milyon dollar dəyərində pomidor ixrac edilib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 milyon dollar 57% artıb.

Qeyd edək ki, 2023-cü ilin eyni dövründə 19,1 milyon dollar dəyərində pomidor ixrac edilib. Təkcə fevral ayında13,4 milyon dollarlıq pomidor ixrac edilib ki, bu da illik müqayisədə 4,9 milyon dollar və ya 57,6% çoxdur. Ötən ilin fevral ayında 8,5 milyon dollarlıq pomidor ixrac edilmişdi.