11:51 - 2.04.2024
2 aprel, Fineko/abc.az. Bolqarıstanın kommunal xidmətlər üzrə tənzimləyici orqanı aprel ayı üçün qazın qiymətində 2%-lik artımı təsdiqləyib.
ABC.AZ xəbər verir ki, yeni qiymət nəqliyyat xərcləri, aksiz rüsumları və əlavə dəyər vergisi istisna olmaqla bir MVt/saat üçün 58.84 lev səviyyəsində müəyyənləşdirilib.
Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyası (EWRC) 3 aylıq qiymət azalmalarından sonra baş verən artımın səbəbini açıqlamasa da, beynəlxalq qaz bazarlarında qiymət meyllərini nəzərə aldığını bildirib.
Bildirilir ki, apreldə Azərbaycan qazının ölkədə daxili istehlakın 51.1%-ni təşkil edəcəyi proqnozlaşdırılır.
İstehlakın qalan hissəsi mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü müqaviləsi ilə dövlətə məxsus qaz şirkəti “Bulgargaz” və ölkənin Çirəndəki anbarından çəkilən qaz vasitəsilə təmin edilir.
(Report)