Almaniyada enerji qiymətləri sabitləşir

15:46 - 12.03.2024


12 mart, Fineko/abc.az. Almaniyada fevral ayında inflyasiya bir ay əvvəl 2,9% olmaqla,  2,5%-ə qədər azalıb. Enerji qiymətləri ilə bağlı vəziyyət yaxşılaşmağa davam edir.

ABC.AZ xəbər verir ki, 2023-cü ilin dekabrında inflyasiya 3,7%, noyabrda isə 3,2% səviyyəsində olub. Hazırkı göstərici 2021-ci ilin iyun ayından etibarən ən aşağı göstəricidir.

Almaniya iqtisadiyyatı böhran yaşayır. Ölkənin ÜDM-i 2023-cü ildə 2022-ci illə müqayisədə 0,3% azalıb. Federal Statistika İdarəsinin mütəxəssisləri ötən ilin nəticələrinə görə istehlak qiymətlərinin artması səbəbindən əhalinin alıcılıq qabiliyyətinin azaldığını qeyd ediblər. Kansler Olaf Şoltsun sözlərinə görə, Ukrayna münaqişəsinin nəticələri Almaniyaya ağır zərbə vurdu, çünki hadisələrin belə cərəyan edəcəyinə hazır deyildi. İqtisadiyyat naziri Robert Habek vəziyyəti Almaniyanın keçmişdə Rusiya qazından çox asılı olması və tədarükün dayandırıldığı zaman əlverişsiz vəziyyətdə olması ilə izah edib.