2023-cü ildə 2021-ci illə müqayisədə elektromobil idxalı 20 dəfə artıb

11:44 - 15.02.2024


15 fevral, Fineko/abc.az. İqtisadi cəhətdən dayanıqlı təmiz və sağlam mühit ən əsas çağırışlardan biridir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin səlahiyyətlərini icra edən Muxtar Babayev deyib.

O bildirib ki, vergi siyasətinin biznes müəssələrinə yaşıl təcrübələri qəbul etməyə, dayanaqlı enerji layihələrinə sərməyələr qoymağa təşviq etməsi və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi vacibdir: “Son illər ölkədə yaşıl iqtisadiyyata keçid üçün gömrük sahəsində islahatlar aparılıb. Bu islahatlar sahəsində 2023-cü ildə 2021-ci illə müqayisədə elektromobil idxalı 20 dəfə artıb”.