16:14 - 14.02.2024
14 fevral, Fineko/abc.az. Azərbaycan keçən il ümumilikdə xaricdən 1 917.79 min tonluq xam neft alıb və bunun ümumi statistik dəyəri 1 mlrd. 77.24 mln. ABŞ dolları təşkil edir.
ABC.AZ Banker-ə istinadən xəbər verir ki, bunun 1 304 min tonu və ya $729.26 mln. dəyərində Rusiyadan, 551.68 min tonu ($317.54 mln.) Türkmənistandan, 62.11 min tonu ($30.43 mln.) Qazaxıstandan edilib.
Qeyd edək ki, sonuncu dəfə Türkmənistandan 2023-cü ilin iyulunda, Qazaxıstandan isə 2023-cü ilin sentyabrında xam neft alıb.