Azərbaycanın iri aviaşirkətinin xalis mənfəəti iki dəfə düşüb

16:17 - 26.01.2024


26 yanvar, Fineko/abc.az. Azərbaycanda sərnişinləri helikopter vasitəsi ilə daşıyan şirkət “ASG Helicopter Services” MMC-nin 2022-ci ildə öncəki ildən daha aşağı həcmdə xalis mənfəət əldə etdiyi məlum olub.

ABC.AZ xəbər verir ki, aviaşirkətin 2022-ci il üzrə ümumi gəliri 88.14 mln. manat olmaqla 2021-ci ili 6 faiz üstələyib.

Beləliklə, “ASG Helicopter Services” 2022-ci ildə digər gəlir və xərclər fərqindən sonra 9.88 mln. manat xalis mənfəət əldə edib. Bu, 2021-ci il üzrə 20.04 mln. manat idi.

Bu xalis mənfəətdən sonra aviaşirkətin kapital balansındakı 101.25 mln. manat bölüşdürülməmiş mənfəət qalmaqdadır.

Xatırladaq ki, “ASG Helicopter Services” MMC 2008-ci ildə yaradılıb və 34.31 milyon manat nizamnamə kapitalı var. Səhmdarı fiziki şəxs Teymur Məmmədovdur. O, şirkəti 2019-cu ildə “Silk Vey Devlopment” MMC-dən satın alıb.