09:43 - 15.01.2024
15 yanvar, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda neftin etalon markalarının qiyməti artır.
London ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti saat 09:30-da $0,15 (0,19%) artaraq bir barel üçün $78,44-a çatıb. Yanvarın 12-də Brent markalı neftin mart fyuçersləri $0,88 (1,14%) artaraq bir barel üçün $78,29-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral fyuçerslərinin qiyməti saat 09:30-da $0,13 (0,17%) artaraq bir barel üçün $72,81-a yüksəldi. Yanvarın 12-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin qiyməti $0,66 (0,92%) artaraq bir barel üçün $72,68-a çatıb.
Ötən həftə Brent markalı neft 0,60%, WTI markalı neft isə 1,53% ucuzlaşıb.