12:11 - 12.12.2023
12 dekabr, Fineko/abc.az. Niger yanvar ayında Niger-Benin boru kəməri ilə neft nəqlinə başlayacağını gözləyir.
ABC.AZ xəbər verir ki, bunu “Reuters” agentliyinə Nigerin yeni rəhbəri Abdurahman Tçianiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Kotonudakı saxlama çənlərinə hazırda neft vuurlur və ixrac mərhələsi başlayanda yanvar ayına qədər tam dolmalıdır.
O izah edib ki, ixrac sutkada 90 min barel təşkil edəcək. Nigerdə hazırda sutkada təqribən 20 min barel neft emalı zavodu var ki, bu da əsasən daxili bazarı təmin edir.