16:14 - 6.12.2023
6 dekabr, Fineko/abc.az. Yaponiya aerokosmik tədqiqatlar agentliyi (JAXA) 2024-cü ilin yanvarın 19-da SLIM (Ay səthinin kəşfiyyatı üçün nəzərdə tutulmuş “ağıllı eniş modulu”) robot kosmik gəmisini Ay üzərinə endirməyi planlaşdırdığını açıqladı.
ABC.AZ xəbər verir ki, kosmik gəmi bu ilin sentyabrında Yaponiyanın H-IIA raketi ilə orbitə göndərilmişdir. Göstərilən müddətdə eniş etmək mümkün olmadıqda, növbəti cəhd fevralın 16-da baş tutacaq.