15:40 - 13.07.2018
13 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçiriləcəyini bildirib.
AMB-in məlumatına əsasən, hərrac bazar ertəsi günü, iyulun 16-da keçiriləcək.
“Hərrac vasitəsi ilə 8,01% – 9,99% dərəcə üzrə 350 milyon manat həcmində vəsaitin cəlb edilməsi planlaşdırılır. Vəsaitlər 14 gün müddətinə cəlb edilir”, - məlumatda belə deyilir.
AMB-in depozit hərracı “Bloomberg” ticarət platformasında keçirilir. Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026