Kapital Bank 2018-ci ilin II rübünün nəticələrini elan edib

12:23 - 13.07.2018


13 iyul, Fineko/abc.az.  Kapital Bank-ın aktivləri 1 iyul 2018-ci il tarixinə3,5milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,3milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2018-ci il tarixinə 2,8milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1,1milyard manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 264 milyonmanat çoxdur.

Bankın 1 iyul 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 244,5milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir

Qeyd edək ki, Kapital BankMoody's və Standard & Poor's beynəlxalq reytinq Agentliklərininreytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.