17:31 - 20.09.2023
20 sentyabr, Fineko/abc.az. “Volvo” şirkəti, 2024-cü ildə dizellə işləyən avtomobillərin istehsalını dayandıracaq.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət artıq daxili yanma mühərriklərinin inkişafına pul xərcləməyəcəyini bildirib.
Nyu-Yorkda keçirilən “İqlim Həftəsi”ndə dizel mühərrikli son avtomobilinin 2024-cü ilin əvvəlində konveyerdən çıxacağını açıqlayan şirkət, 2030-cu ilə qədər də tam elektrikli avtomobillərə keçməyi planlaşdırır.
Əsas məqsəd isə 2040-cı ilə qədər karbon neytral şirkət olmaqdır.
Keçən ilin noyabrında “Volvo”, “Geely” ilə birgə işlətiyi daxili yanma mühərrikləri üzrə ixtisaslaşmış müəssisənin özünə düşən payını satıb.
18 Avqust 2026