Səkkiz ayda “Şahdəniz” yatağından əldə olunan gəlirlər açıqlanıb

16:21 - 6.09.2023


6 sentyabr, Fineko/abc.az. 2023-cü ilin səkkiz ayında “Şahdəniz” yatağından 1 milyard 183 milyon dollar həcmində gəlir əldə edib.

ABC.AZ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) istinadla xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35 milyon dollar və ya 3,05 % çoxdur.

Cari ilin yanvar - avqust aylarında Neft Fonduna daxil olan vəsaitlərin 259,554 milyon dollar kondensatın payına düşüb. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 69,013 milyon dollar və ya 21 % azdır.