10:40 - 1.09.2023
1 sentyabr, Fineko/abc.az. “İxrac icmalı”nın avqust sayı dərc olunub.
ABC.Az xəbər verir ki, sözügedən sayda 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8% artaraq 2 milyard ABŞ dolları təşkil edib.
Avqust sayında həmçinin 2023-cü ilin yanvar-iyul ayları ərzində yeyinti məhsulları üzrə ixracın 520 milyon ABŞ dollarına bərabər oldiğu qeyd edilib.
19 Avqust 2026
18 Avqust 2026