Azərbaycanın bu şəhərində tramvay işləyəcək – VİDEO

11:30 - 28.08.2023


28 avqust, Fineko/abc.az. Laçın şəhərinin mərkəzində, əsas küçəsində tramvay fəaliyyət göstərəcək.

ABC.AZ xəbər verir ki, bu barədə AZTV-nin Laçına ezam olunmuş müxbiri məlumat verib.

O bildirib ki, Prezident İlham Əliyev Laçına səfəri zamanı şəhərin əsas küçəsində qurulmuş sərgi ilə tanış olarkən tramvaya da baxıb.

Dövlət başçısı tramvayın küçə boyu işləməsilə bağlı tapşırıq verib.