14:20 - 22.08.2023
22 avqust, Fineko/abc.az. Azərbaycan və Özbəkistan arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə energetika naziri Pərviz Şahbazov və ölkəmizdə səfərdə olan Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
ABC.AZ-ın məlumatına görə, energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan-Özbəkistan çoxistiqamətli enerji əməkdaşlığı üçün geniş imkanlar və hər iki ölkə Liderləri tərəfindən bu potensialın reallaşmasını dəstəkləyən güclü siyasi iradə mövcuddur:
“İnanırıq ki, birgə səmərəli fəaliyyətimiz yaxın iki il ərzində çoxsaylı enerji layihələrinin həyata keçirilməsi ilə nəticələnəcək”.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb.
14 istiqaməti əhatə edən Yol Xəritəsi hər iki ölkədə karbohidrogen resurslarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlığı nəzərdə tutur.