10:46 - 28.07.2023
28 iyul, Fineko/abc.az. Binəqədi rayonu Xocəsən qəsəbəsində Şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin “Xocəsən” metro stansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciətləri nəzərə alınaraq 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib.
ABC.AZ xəbər verir ki, yeni müntəzəm marşrut xətti üzrə avtobuslar 13.02.2023-cü il tarixindən fəaliyyət göstərəcək.
Xətt üzrə daşımalar “Bus Trans” MMC tərəfindən icra ediləcək.
18 Avqust 2026