15:53 - 3.07.2018
3 iyul, Fineko/abc.az. May ayında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları artıb.
AMB-dan xəbər verildiyi kimi, iyunun 29-da bankın valyuta ehtiyatları 5512,7 milyon dollar təşkil edib.
Eyni zamanda, mayın 31-də valyuta ehtiyatları 5471,4 milyon dollar, aprelin 30-da 5465,8 milyon dollar, martın 30-da 5508,0 milyon dollar, fevralın 28-də 5387,3 milyon dollar və yanvarın 31-də 5381,2 milyon dollar təşkil etmişdir.
2017-ci ilin əvvəlində AMB-in valyuta ehtiyatları 5334,6 milyon dollar təşkil etmişdir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026