Almaniya hökuməti çip istehsalına 20 milyard dollar yatırım edəcək

10:52 - 25.07.2023


25 iyul, Fineko/abc.az. Almaniya hökuməti ölkədə texnologiya sektorunu dəstəkləmək və çip istehsalını nəzarətdə saxlamaq üçün yatırım etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, Almaniya hökuməti bu məqsədlə 20 milyard dollar məbləğində yatırım etməyi planlaşdırır.

Bu, plan ABŞ-ın 50 milyardlıq çip və elm qanunlarından sonra ən böyük stimul planlarından biri kimi diqqə çəkir. 

“Bloomberg”in hesabatına görə, sözügedən resurs “İqlim və Transformasiya Fondu”ndan (KTF) çıxarılaraq 2027-ci ilə qədər alman və beynəlxalq şirkətlərə paylanacaq.