Hindistan və Yaponiya çip tədarükünü gücləndirəcək - Memorondum imzalandı

17:09 - 21.07.2023


21 iyul, Fineko/abc.az. Hindistan və Yaponiya çip tədarük zəncirini gücləndirmək üçün anlaşma memorandumu imzalayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hindistanın “The Economic Times” xəbər agentliyi məlumat yayıb.

Nəşrin yazdığına görə, tərəflər Hindistanın paytaxtı Yeni Dehlidə Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Naziri və Yaponiyanın İqtisadiyyat və Ticarət Naziri tərəfindən imzalanmış anlaşma memorandumu ilə dizayn, istehsal, avadanlıq araşdırması və təchizat zəncirini gücləndirmək barədə razılığa gəliblər.

Çip sənayesinin 650 milyon dollardan 1 trilyon dollara qədər bir sənayeyə çevriləcəyini qeyd edən hindistanlı nazir Vaişnav, bunun dünyanın bir çox yerində əhəmiyyətli artıma işarə etdiyini və iki ölkənin bu mövzuda öncül ola biləcəyini söyləyib.

Müəllif: Elmir Murad