15:36 - 20.07.2023
20 iyul, Fineko/abc.az. IBM (Beynəlxalq Biznes Maşınları) aprel-iyun dövrü üçün büdcə hesabatını açıqlayıb.
ABC.AZ xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti IBM-in gəliri bu ilin ikinci rübündə 0,4% azalaraq 15,48 milyard dollar olub.
IBM 2022-ci ilin ikinci rübündə 15,54 milyard dollar gəlir əldə edib.
Şirkətin xalis mənfəəti isə ilin ikinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 1,6 milyard dollara çatıb.