12:31 - 19.07.2023
19 iyul, Fineko/abc.az. 2023-cü il iyunun 30-na olan vəziyyətə görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin strukturunda 69,6% ABŞ dolları (2022-ci ilin yekunları üzrə 68,6%), 19,6% avro (2022-ci ilin sonuna 20,4%), 4,9% funt sterlinq (5,2%), 0,6% Avstraliya dolları (0,6%), 0,3% türk lirəsi (0,4%), 0,2% rus rublu (0,3%), 1% Çin yuanı (1,1%), 1,4% yapon yeni (1,3%), 2,5% digər valyutalarda (2,1%) yerləşdirilib.
ABC.AZ-ın Interfax-a istinadən məlumatına görə, Fondun investisiya portfelinin 60,1%-i istiqrazlarda və pul bazarı alətlərində (2022-ci ilin sonuna 62,1%), 22,9%-i səhmlərdə (2022-ci ilin sonuna 19,6%), 5,5%-i daşınmaz əmlakda (2022-ci ilin sonuna 6,2%) yerləşdirilib. Qızılın payı 11,5% (2022-ci ilin sonuna 12,1%) təşkil edir ki, bu da 101,8 tona ekvivalentdir (2022-ci ilin sonuna 101,8 ton).
ARDNF-in vəsaitlərinin 96,4%-i yüksək reytinqli (А, АА və ААА) aktivlərdə yerləşdirilib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026