12:29 - 29.07.2026
29 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanın qiymətli kağızlar bazarında 25 milyard 19 milyon manatlıq əməliyyat aparılıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32,1 % azdır.
Yarım illik göstəricinin 2 milyard 516,3 milyon manatlıq hissəsi ilkin bazarda (18,1 % az), 22 milyard 502,7 milyon manatlıq hissəsi isə təkrar bazarda (33,4 % az) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 36 177 əqd bağlanılıb. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. Əqdlərin 23 486-sı ilkin bazarın (15,7 dəfə çox), 12 691-i isə təkrar bazarın (12 % az) payına düşüb.
Yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 1 517,7 milyon manatlıq hissəsi və yaxud 6,1 %-i dövlət qiymətli kağızlarının, 1 milyard 935,3 milyon manatlıq hissəsi və yaxud 7,7 %-i korporativ qiymətli kağızların, 21 milyard 566 milyon manatlıq hissəsi və yaxud 86,2 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 2,7 dəfə az, 23,7 % çox və 30,9 % azdır.
6 ayda bu bazarda bağlanmış əqdlərin isə 334-ü və yaxud 0,9 %-i dövlət qiymətli kağızlarının, 32 815-i və yaxud 90,7 %-i korporativ qiymətli kağızların, 3 028-i və yaxud 8,4 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 44,4 % az, 2,7 dəfə çox və 0,3 % çoxdur.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026