Qlobal qızıl fondlarına investisiya axını bərpa olunub — WGC

21:36 - 6.08.2026


6 avqust, Fineko/abc.az. Dünya Qızıl Şurasının (WGC) hesabatına əsasən, ikiaylı fasilədən sonra iyul ayında qlobal qızıl borsa yatırım fondlarına (ETF) 3 milyard dollar həcmində net kapital daxil olub.

Bu bərpa nəticəsində fondların idarəetməsində olan ümumi aktivlərin həcmi 1% artaraq 530 milyard dollara, fiziki qızıl ehtiyatları isə 23 ton artaraq 4 068 tona yüksəlib. İlin əvvəlindən bəri qlobal qızıl fondlarına daxil olan xalis vəsait 11 milyard dollara (39 ton) çatıb.

İyul ayında qızıl bazarına vəsait axınının əsas aparıcı qüvvəsi Avropa merkezli fondlar olub (+2,1 milyard dollar). Böyük Britaniya (+875 milyon dollar) və İveçrə (+657 milyon dollar) fondlarının liderliyi ilə sərmayəçilər iyun satışlarından sonra ons qiymətinin 4000 dollar səviyyəsinə geriləməsini alım fürsəti kimi dəyərləndiriblər. Asiya bazarında runsilə Çin səhmdar bazarlarındakı enişlər investorları qızıla yönəldib və regiona 616 milyon dollar daxil olub. Bununla belə, gündəlik orta ticarət həcmi iyulda 3,5% azalaraq 356 milyard dollara düşüb.

Analitiklər Yaxın Şərqdəki müharibə riski, yüksək istiqraz gəlirləri və güclü dolların təzyiqlərini qoruyub saxladığını bildirirlər.