10:48 - 27.07.2026
27 iyul, Fineko/abc.az. Azərbaycanın faktorinq şirkəti "Ferrum Kapital" QSC "Bakı Fond Birjası" QSC-də (BFB) 1 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
Bu barədə qiymətli kağızların emissiya prospektində bildirilib. Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Paşa Kapital lnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026