16:04 - 12.07.2023
12 iyul, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda fəaliyyət göstərən internet provayderlərinin xidmətinin keyfiyyətini rüblük ölçəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.
Məlumata görə, İKTA xidmət bazarlarını təhlil etmək və onların formalaşdırılması istiqamətində tədbirlər görmək məqsədilə telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərdən keyfiyyət və digər göstəriciləri rüblük əsasda və elektron qaydada toplamağa başlayıb.
Əldə olunmuş nəticələrin təhlil edilməsi tənzimləyici qurumun telekommunikasiya bazarına istehlakçıyönümlü müdaxiləsinə və orada sağlam rəqabətin formalaşdırılmasına da imkan verəcək.
14 Avqust 2026