15:47 - 6.07.2023
6 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “Instagram” bu gün “Twitter”ə yeni rəqib platforma istifadəyə verib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən platforma “Threads” proqramıdır və iOS və “Android” istifadəçiləri artıq ondan faydalana bilər.
“İnstagram”ın nəhəng istifadəçi bazası və bütün digər sosial media kanallarındakı xəbər və paylaşımların təsiri ilə tətbiq cəmi 7 saat ərzində 10 milyon istifadəçini keçməyi bacarıb.
Təbii ki, bu populyarlığın nə qədər davam edəcəyini zaman göstərəcək. Hələlik “Threads”in yaxın gələcəkdə Twitter”i əvəzləyəcəyi ehtimalı çox da böyük görünmür, lakin İlon Mask “Twitter”in rəhbəri olduğu üçün bu barədə qəti danışmaq mümkün deyil.
14 Avqust 2026