“Oriflame” şirkəti Rusiyadakı işçilərini 32 faiz azaldıb

11:46 - 6.07.2023


6 iyul, Fineko/abc.az. İsveçin kosmetika və parfümeriya istehsalçısı “Oriflame” şirkəti 2022-ci ildə işçilərinin sayını 32% azaldıb.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin Rusiyadakı törəməsinin illik hesabatında qeyd edilib.

Belə ki, 663 nəfərlik işçi heyəti olan “Oriflame Cosmetics” şirkətinin əməkdaşları 450 nəfərə qədər ixtisar edilib. Şirkət həmçinin yeddi ayrı bölməni ləğv edib.

2022-ci ilin mart ayında “Oriflame” Rusiyada investisiyaların, marketinq fəaliyyətlərinin və təlimlərin dayandırıldığını elan edib. Ölkədə son müştərilərə məhsulların onlayn satışı da dayandırılıb.