Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub

11:14 - 6.07.2023


6 iyul, Fineko/abc.az. Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Elmir Ramazanov təyinat alıb.

Dövlət Komitəsindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, E.Ramazanov 1988-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatin huquqi tənzimlənməsi fakültəsini bitirib. 2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub.