Neft Fonduna daxil olan vəsaitlərin bu qədəri kondensatın payına düşüb

12:33 - 5.07.2023


5 iyul, Fineko/abc.az. Bu ilin ilk yarım ilində Neft Fonduna daxil olan vəsaitlərin 210,851 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci ilin 6 aylıq dövrü ilə müqayisədə 8,506 milyon ABŞ dolları və ya 3,9 % azdır.

ABC.AZ-ın məlumatına görə, ötən ilin ilki 6 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 633,256 milyon ABŞ dolları təşkil edib.

“Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 219,357 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.