12:25 - 5.07.2023
5 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 3 milyard 348 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
ABC.AZ ARDNF-ə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 1 milyard 523 milyon ABŞ dolları və yaxud 31,3 % azdır.
Xatırladaq ki, 2022-ci ilin yanvar-may ayları ərzində ARDNF AÇG-dən 4 milyard 871 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu ilin yanvar-iyun aylarında ARDNF-in “Şahdəniz” yatağından isə 1 milyard 002 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Bu, 2022-ci ilin eyni ayları ilə müqayisədə 368,744 milyon ABŞ dolları və ya 58,2 % çoxdur.
Müəllif: Elmir Murad