15:01 - 21.06.2023
21 iyun, Fineko/abc.az. "Veysəloğlu" MMC barəsində daha bir cərimə protokolu yazılıb.
ABC.AZ-ın məlumatına görə, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmə iclası iyunun 25-nə təyin edilib.
Qeyd: Daha əvvəl Mərkəzi Bank "Veysəloğlu" şirkəti barəsində eyni xəta ilə bağlı protokol yazmışdı.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026