Azərbaycanda marqarin istehsalı 26% azalıb

10:42 - 21.06.2023


21 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 19 931,6 ton marqarin yağı istehsal edilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə marqarin yağının istehsalı 6 936 ton və ya 25,8% azalıb.

2022-ci ilin yanvar-may aylarında bu göstərici 26 867,8  ton təşkil edib. 01.06.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 5 482,4 ton olub.