12:31 - 16.06.2023
16 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd edilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.
5 aylıq xarici ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,5 %, idxal isə 33,2 % artıb.
Son nəticədə xarici ticarətdə 9 milyard 276 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 9,8 % azdır.
18 Avqust 2026