Azərbaycanda ən çox satılan və maraq göstərilən mobil telefonlar - Siyahı

16:04 - 13.06.2023


13 iyun, Fineko/abc.az. Azərbaycanda vətəndaşların ən çox aldığı və maraq göstərdiyi mobil telefonlar məlum olub.

ABC.AZ-ın mobil telefon bazarında apardığı araşdırmalara əsasən, hazırda ən çox alınan telefon "Samsung" istehsalı olanlardır.

Ən çox alınan mobil cihazlardan ikinci yerdə Çin brendi olan "Xiomi" telefonlarıdır. İnsanlar bu telefona daha çox foto çəkilişinin keyfiyyətli olmasına görə üstünlük verirlər.

Çəkilişinin keyfiyyətli olmasına görə əslində "İphone"lar da seçilir.

Amma, onun qiymətinin baha olması insanların sözügedən markanın telefonlarına marağına az da olsa mane olur.

Ona görə də "İphone" hazırda digər sadaladığımız iki markadan daha az satılır. Məsələn, telefon dükanlarından birində olduğumuz zaman 5 nəfər "Samsung" telefonu ilə maraqlanırdısa, həmin müddətdə bir nəfər də olsun "iphone" istehsallı mobil cihazlar barədə maraqlanmırdı. Bu isə o deməkdir ki, insanlar həm keyfiyyətli, həm də büdcələrinə uyğun telefon almağa çalışırlar.

Müəllif: Elmir Murad