10:40 - 13.06.2023
13 iyun, Fineko/abc.az. “Apple”in bu il təqdim edəcəyi “iPhone 15” seriyası 200 dollara qədər qiymət artımı ilə gələcək.
ABC.AZ xəbər verir ki, bu barədə məşhur texnologiya redaktoru və “Wall Street” analitiki Dan Ivesin paylaşdığı məlumatda qeyd olunub.
Sözügedən məlumatda bildirilib ki, yüksək səviyyəli Pro və Pro Max / Ultra modelləri bu artımdan ən çox təsirlənəcək.
Analitiklər hesab edir ki, “iPhone 15″in 899 dollar, “iPhone 15 Plus”un isə 999 dollar olacağı gözlənilir.
Qalan modellərdən “iPhone 15 Pro” və “15 Ultra/Pro Max”ın müvafiq olaraq 1199 və 1299 dollar olduğu təxmin edilir.
Müəllif: Elmir Murad
18 Avqust 2026